-
- 23-03-2023, 11:56
- 425
"Oqtay müəllim quş kimi uçdu getdi” - Elza Seyidcahan
“Bu hadisə hamımıza çox pis təsir edib. Oqtay müəllimin ölümü bizim üçün böyük itki oldu”.
Bu fikirləri News24.az-a açıqlamasında Əməkdar artist Elza Seyidcahan deyib.
“Onlar ailəliklə incəsənətimizə və mədəniyyətimizə yeniliklər gətiriblər. Dilarə xanım mənə çox yaxındır. Allah ona və ailəsinə səbr versin. Oqtay müəllim quş kimi uçdu getdi”.
E.Seyidcahan Oqtay müəllimi sonuncu dəfə qala gecəsində gördüyünü və böyük planlarının olduğunu qeyd edib:
“Biz qala gecəsində sonuncu dəfə görüşdük. Dedi “Elza xanım, sizinlə bir veriliş açarıq. Bizim bir layihəmiz var və siz də orada iştirak edərsiniz”. Çox təəssüf ki, belə oldu. Qeyd edim ki, Dilarə və Oqtay insanların çətin vaxtlarında təmənnasız yanlarında olublar. Bu illər ərzində çalışdılar, ancaq sadə qalmağı bacardılar. Onların sayəsində çoxları varlandı. Doğurdan da, onlar bugünədək xasiyyətlərini heç dəyişmədilər. “Ağac bar verəndə başını aşağı salır” deyirlər. Bu söz əsl onlara aiddir. Mənim də həyatda ən çətin anlarım olanda hər bir zaman yanımda olublar, həm maddi, həm də mənəvi. Bu gün də hər birimiz burdayıq. Qeyd edim ki, Oqtay müəllimin zəhmi var idi, ancaq çox saf və incə qəlbli bir insan idi”.
Məhərrəm ƏLİYEV
Teymur MƏMMƏDOV