"Oqtay Əliyev ailəsinin müraciəti əsasında “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq”- NAZİRLİK
    • 23-03-2023, 12:10
    • 267

"Oqtay Əliyev ailəsinin müraciəti əsasında “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq”- NAZİRLİK

Ailəsinin müraciəti əsasında əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin “Qurd qapısı” qəbiristanlığında dəfn olunması təmin edilib.

News24.az-a  xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. 

“Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin dəfni ilə bağlı bildiririk ki, ailəsinin müraciəti əsasında Mədəniyyət Nazirliyi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə bu gün saat 13:00-da “Qurd qapısı” qəbiristanlığında dəfn olunması təmin edilib” - məlumatda bildirilib.