Bakıda mobil telefonları oğurlayan şəxs saxlanıldı
    • 23-03-2023, 13:00
    • 206

Bakıda mobil telefonları oğurlayan şəxs saxlanıldı

Bakıda 15 nəfərin mobil telefonunu oğurlayan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən News24.az-a bildirilib.

Qeyd olunub ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində 15 nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Vüqar Xəlilov müəyyən olunaraq saxlanılıb