-
- 4-02-2019, 18:35
- 1 441
Nazirlik gənc şairləri ASAN Könüllüləri ilə görüşdürdü - FOTO
Fevralın 4-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə AYB-nin üzvləri, gənc şairlər Tural Turan, İntiqam Yaşar və Emil Rasimoğlu ilə oxucuların görüşü keçirilib.
Görüş Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında baş tutub. Tədbiri giriş sözü ilə AYB Gənclər Şurasının sədri Elşad Ərşadoğlu açıb. O bildirib ki, oxucularla görüşü keçirilən şairlər ən yeni dövr Azərbaycan ədəbiyyatında öz üslubları və nəfəsləri ilə seçilir. Sonra oxucular gənc yazarların keçdikləri yaradıcılıq yolu barədə məlumatlandırılıb. Onların hər üçünün yaradıcılıqlarına qısa nəzər salınıb.Daha sonra şairlərə söz verilib. Oxucular önündə çıxış edən gənc şair İntiqam Yaşar çağdaş Azərbaycan poeziyasında ənənəvi üslublara nəsildaşları tərəfindən yeni rənglərin, ilmələrin hansı səviyyədə işləndiyindən bəhs edib. O, heca şeirinin dünya poeziyasının ana xəttini təşkil edən ağ şeirlə atbaşı getdiyini oxucuların diqqətinə çatdırıb. Sonra şair Tural Turana söz verilib. Gənc şair hazırda Azərbaycan poeziyasında yeni orijinal üslublu imzaların kasadlığından danışıb. Şair təssüf hissi ilə qeyd edib ki, son dövlər ədəbiyyatda plagiatlıq, yazarlarda dil sərrastlığı problemi yaşanır ki, bu da ümumilikdə ən yeni nəsil ədəbiyyata gələn imzaların bədii yaradıcılıq ömrünü daha da qısaldır. Gənc şairlərin oxucu qıtlığından əziyyət çəkdiyini deyən Tural Turan əslində bunun səbəbinin oxuma mədəniyyətinin aşağı səviyyədə olması ilə əsaslandırıb. Şair Azərbaycan poeziyasının 2010-cular nəslində Fuad Cəfərli, Ulucay Akif, Furqan, Fəridə Uğur, Aqşin Evrən və sair kimi parlaq imzaların olduğunu da xüsusi vurğulayıb. Daha sonra çıxış edən gənc şair Emil Rasimoğlu müasir dövr Azərbaycan ədəbiyyatında ədəbi cərəyanların hazırkı durumu, yazarlarımızın çoxşaxəli mövzu seçimi və ədəbi ictimaiyyətə təqdim olunan bədii mətnlərin struktural təhlilindən danışıb. Şair bildirib ki, son dövrlərdə Azərbaycan ədəbiyyatında “inkarı inkar” anlayışı ilə modernizmin yoğrulması müşahidə olunmaqdadır. Şair bunun doğru və yanlış boyutları barədə nitq söyləyib. Eyni zamanda, tədbirdə gənc yazarlardan Fuad Cəfərli, Taleh Mansur və başqaları çıxış edib. Görüş zamanı şairlər oxucular önündə yeni şeirlərini səsləndiriblər. Qarşı tərəfdə maraq doğuran sualları cavablandırıblar. Tədbirin sonunda şairlər oxucular üçün yeni çapdan çıxmış kitablarını imzalayıb və onlarla xatirə şəkli çəkdiriblər.
Ramin Kolçak