Bir gündə 15 mindən çox sərnişin DAŞINIB - Bakı Avtovağzalında ilk rekord göstərici

Bir gündə 15 mindən çox sərnişin DAŞINIB - Bakı Avtovağzalında ilk rekord göstərici
GÜNDƏM

24-03-2023, 12:45

Mətn ölçüsü

Bakı Beynəlxalq Avtovağzal Kompleksində pandemiyadan sonra sərnişindaşımada ilk rekord göstərici qeydə alınıb.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.  

Belə ki, martın 18-də 473 reyslə 15 min 240 sərnişin mənzil başına çatdırılıb. Yəni, sərnişinlərin sayı adi günlərlə müqayisədə 4 dəfə daha çox olub.