“Ermənistan XİN-nin tarix dərslərinə ehtiyacı var”
    • 24-03-2023, 15:30
    • 488

“Ermənistan XİN-nin tarix dərslərinə ehtiyacı var”

“Deyəsən Ermənistan XİN-nin tarix dərslərinə ehtiyacı var. Avropanın təhlükəsizliyinə ilk təhdidlərdən biri Ermənistanın hərbi təcavüzü və Azərbaycanın suveren ərazilərinin təxminən 20%-nin işğalı olub”.

News24.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviter hesabında yazıb.
A.Hacızadə Ermənistan XİN-in Azərbaycanda erməni məhbuslarının olmasına dair iddialarına cavabında bildirib: “Ermənistanın “məhbus” adlandırdığı şəxslər üçtərəfli bəyanatdan 2 həftə sonra Ermənistan tərəfindən Azərbaycana göndərilən cinayətkarlardır. Beynəlxalq məhkəmələr onların azad edilməsi üçün Ermənistanın tələb etdiyi tədbirləri rədd edib.

Ermənistan hələ də 3800 itkin düşmüş şəxslə bağlı məlumat vermir. Ermənistan 1 milyona yaxın azərbaycanlını etnik təmizləməyə məruz qoyub. Ermənistan qaçqın və məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmalarına mane olur”.

XİN rəsmisi əlavə edib ki, Ermənistan regionda sülh quruculuğu səylərinə xələl gətirən aqressiv ritorikadan əl çəkməlidir.