Baş nazir Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı qərar imzaladı
Sosial
Baş nazir Novruz Məmmədov Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı qərar imzalayıb.
Qərara əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC yaradılıb. MMC-nin işçilərinin say həddi 16 ştat vahidi müəyyən edilib.