-
- 27-03-2023, 14:39
- 461
Bakıda müəllim işləmək istəyən qadın ŞOK YAŞADI - 13 min pulu…
Bakıda məktəbə müəllim düzəlmək istəyən qadını aldadaraq 13 min manat pulunu dələduzluq yolu ilə ələ keçirən şəxs həbs edilib.
News24.az xəbər verir ki, paytaxt sakini, 1979-cu il təvəllüdlü Azər Məlikova Ağdam rayon Evoğlu kənd sakini Z.Rəhimovaya qarşı etdiyi əməllə bağlı Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq-xeyli miqdarda ziyan vurmaqla) maddəsi ilə iş açılıb.
Məlum olub ki, paytaxtın Nərimanov rayonunda yaşayan Azər evində kirayəşin yaşayan qadının vasitəsilə Z.Rəhimova ilə tanış olub. Z.Rəhimova ona Bakıdakı məcburi köçkün məktəblərindən birində işləmək istədiyini deyib. Geniş imkanlara və əlaqələrə malik olduğunu deyən Azər qadını ona kömək edə biləcəyi ilə bağlı inandırıb. O, Z.Rəhimovaya bildirib ki, 17 min manat müqabilində bu işi həll etmək olar. Daha sonra Azər 12 min manata razılaşıb və 2022-ci il ərzində hissə-hissə olmaqla qadından 13 min manata yaxın pul alıb. Lakin bir müddət sonra Azərin yalanı üzə çıxıb və o, aldığ pulları geri qaytarmayıb.
İbtidai istintaq müddətində Azər kirayə verdiyi evdən 2 ay müdətində əldə edilmiş 500 manatı zərərçəkən tərəfə ödəsə də, 12 min 500 manatı qalıb.
İşin materialları daha sonra Nizami Rayon Məhkəməsinə göndərilib. Hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə Azər Məlikov törətdiyi əməli etiraf edib və qadını aldadaraq aldığı pulları şəxsi ehtiyaclarına xərclədiyini bildirib.
Z.Rəhimova isə Azərə verdiyi pullar geri tələb edib. O, məhkəmədə ifadəsində deyib: “1994-cü ildən 1997-ci ilədək Bakı Sənaye Pedaqoji kollecində oxumuşam, 2000-ci ildə Bakı Müəllimlər İnstitutuna keçmişəm, 1997-ci ildə isə Ağdam rayonu, Evoğlu kənd orta məktəbində ibtidai sinif müəlliməsi işləmişəm və 2018-ci ildə öz ərizəmlə işdən çıxmışam. Sonradan işə qəbul üçün hazırlaşsam da, bacarmadım".
Ağdamda qeydiyyatda olan, amma Ramana qəsəbəsində yaşadığını deyən Z.Rəhimova Azəri Bahar adlı qadının vasitəçiliyi ilə tanıdığını bildirib:
"2021-ci ilin oktyabr ayında rayona gedərkən mikroavtobusda Bahar adlı xanımla tanış olmuşdum. Söhbət əsnasında ona əvvəllər Ağdamda ibtidai sinif müəllimi işlədiyimi, 2018-ci ildən işsiz qaldığımı dedim. Bu zaman Bahar mənə kirayə yaşadığı evin sahibinin çox nüfuzlu və əlaqələri geniş adam olduğunu, məni işə düzəlmək məsələlərində yardım edə biləcəyini dedi. Bir-birimizə nömrələrimizi verdik. Bakıya qayıtdıqdan sonra Baharın vasitəsilə həmin şəxslə görüşüb tanış oldum və bu iş başıma gəldi”.
Nizami Rayon Məhkəməsi Azər Məlikovu Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə təqsirli bilib.
Məhkəmənin 15 mart 2023-cü il tarixli hökmü ilə ona 2 il 3 ay müddətinə həbs cəzası verilib. Həmçinin təqsirləndirilən şəxsə qarşı mülki iddia təmin edilib və 12536 manat pulun ondan tutularaq Z.Rəhimovaya ödnilməsi qərara alınıb.
Taleh BAĞIROV