Ordumuz Ağdərədə ermənilərə atəş açıb? - RƏSMİ
    • 27-03-2023, 16:00
    • 256

Ordumuz Ağdərədə ermənilərə atəş açıb? - RƏSMİ

Ordumuzun bu gün saat 11:30 radələrində Ağdərədə “nar bağında işləyən” ermənilərə atəş açması barədə erməni separatçı-terrorçuların yaydığı məlumat yalandır.

News24.az xəbər verir ki, bu, erməni separatçıların növbəti dezinformasiyasıdır.

Qeyd edək ki, Ermənistan vaxtaşırı olaraq guya ermənilərin Qarabağ ərazisində təhlükəsizliyinin təhdid edildiyi görüntüsünü yaratmaq üçün bu cür dezinformasiyalrdan istifadə edir.//axar.az