Tələbəmizin zəlzələdən az əvvəl göndərdiyi səs yazısı: ağrılı məqam – AUDİO
    • 27-03-2023, 16:11
    • 611

Tələbəmizin zəlzələdən az əvvəl göndərdiyi səs yazısı: ağrılı məqam – AUDİO

Türkiyənin Malatya şəhərində baş verən zəlzələ nəticəsində həlak olan tələbələrdən biri – Hümam İsmayıllının səs yazısı üzə çıxıb.

News24.az xəbər verir ki, sözügedən səs yazısını globalinfo.az-a H.İsmayıllının əmisi göndərib.

Onlar bildiriblər ki, hadisə baş verən gün tələbələr oruc tutacaqlarmış:

“Tələbələrimiz 20 yaşlarında olmasına baxmayaraq, dinə bağlı idilər, ibadət edirdilər. Bu mövzuda o qədər həssas idilər ki, Hümam qardaşı Baqi ilə görüntülü danışarkən “Baqi, qüsulsuz gəzmə, ölümün nə zaman gələcəyi bəlli deyil” demişdi.

Hümam hadisə gecəsi saat 02:57-yə qədər tələbə yoldaşı Kardelen Taya ilə görüntülü danışıb. Sağollaşdıqdan sonra saat 03:37-də, yəni zəlzələdən 40 dəqiqə əvvəl digər otaqda yatan Gündüz Nəzərzadəyə səsli mesaj göndərib. Ehtimal olunur ki, həftənin birinci günü oruc tutacaqlarmış və Şahin Vəliyevlə Hümam ona görə oyaq imişlər. Çünki Hümamla Şahin giriş qapısında, Samirlə Gündüz isə yuxuda olan zaman həlak olublar”.

Hümam İsmayıllının əmisi deyib ki, o, hadisə zamanı dəstnamaz alırmış:
“Hümam aşkar olunarkən əynindəki idman şalvarının ayaqları yuxarı çəkilmiş vəziyyətdə, yəni dəstnamaz almış vəziyyətdə olub. Kardelen Taya Hümamla gecə görüntülü danışarkən ekran şəklinin fotosunu qeydə alıb. Hümam elə həmin şəkildəki paltarlarda aşkar olunmuşdu. Allah hər birinə rəhmət eləsin, məkanları cənnət olsun, bizlərə də səbir versin”.
Sözügedən səs yazısını təqdim edirik: