Tanınmış futbolçu:
    • 28-03-2023, 18:38
    • 171

Tanınmış futbolçu: "Azərbaycanla oyunda vacib xallar qazandıq"

"Azərbaycanla oyunda vacib xallar qazandıq".

News24.az xəbər verir ki, bunu isveçli tanınmış futbolçu Fredrik Yunqberq yığma komandalarının AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi üzərində 5:0 hesablı qələbə qazandıqları oyun barədə danışarkən deyib.

46 yaşlı keçmiş yarımmüdafiəçi matçın oynanıldığı "Frends Arena"nın ot örtüyünün bərbad vəziyyətdə olmasından gileylənib: "Yığma bu cür meydançada oynadığı üçün utanıram. Arena yaxşıdır, ancaq ot örtüyü çox pis idi. Bu, məni çox əsəbiləşdirdi".

Qeyd edək ki, Fredrik Yunqberq 1998-2008-ci illərdə İsveç millisinin heyətində 75 oyun keçirib, 14 qol vurub.