-
- 5-02-2019, 16:31
- 1 002
Rusiyada bəzi erməni saytları bloklandı
Son bir neçə gün ərzində Rusiyada bir sıra erməni saytları “Roskomnadzor” tərəfindən bloklanıb.
Bu haqda Ermənistanın saytı məlumat yayıb. Saytın məlumatına əsasən, “Roskomnadzor” bu qərarın səbəbi ilə bağlı hər hansı rəsmi bildiriş göndərməyib.
Öz növbəsində, Ermənistanın XİN-nin mətbuat katibi Anna Naqdalyan jurnalistlərə verdiyi açıqlamada, Rusiyada bir sıra erməni saytlarının bağlanmasının texniki xarakter daşıdığını bildirib.
“Rusiyada bir sıra erməni saytlarının bloklanması texniki xarakter daşıyır, Ermənistanın Moskvadakı səfirliyi hazırda bu problemin həlli ilə məşğul olur”, - deyə Erməni XİN-in mətbuat katibi Anna Naqdalyan bildirib.
“Biz bu problemdən xəbərdarıq. Ermənistanın Rusiyadakı səfirliyi problemin həlli üçün Rusiyanın səlahiyyətli orqanları ilə gündəlik olaraq təmas qurur”, - deyə Naqdalyan qeyd edib.
Rəsminin sözlərinə görə, problem qismən həllini tapıb.
Bundan əvvəl Ermənistan KİV-də Rusiya ərazisində rəsmi olaraq bir neçə erməni saytının (qərarın səbəbi haqqında) bildiriş göndərilmədən rəsmi olaraq bağlandığı haqqında xəbər yayılmışdı.
//OxuAz