Güllələnən millət vəkilinin evinə gedən yol bağlandı- FOTO
    • 28-03-2023, 23:30
    • 214

Güllələnən millət vəkilinin evinə gedən yol bağlandı- FOTO

Xəbər verdiyimiz kimi, millət vəkii Fazil Mustafaya Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücum olub. Millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb.

News24.az
xəbər verir ki, hazırda onun evinin yerləşdiyi Zabrata yol bağlıdır. Bu haqda "Yeni Musavat" qəzetinin təsisçisi Rauf Arifoğlu sosial şəbəkədə məlumat verib.

"Zabrat tam bağlıdır! Əməkdaşlarımız Fazil Mustafanın evinə keçə bilmirlər. Bu foto onun evinin qarşısında Məhəmməd Türkmən tərəfindən çəkilib. 
Fazil Mustafanı xəstəxanaya qaldırıblar. Vəziyyəti orta ağırdır. Təbib bu barədə xüsusi məlumat yayıb (şərh bölümü). 
"Kalaşnikov"lu mesaj! Bütün şübhələr İrandandır. Tehran Azərbaycanı qarışdırmaq istəyir"- deyə o, paylaşımında bildirilib.