SEPAH kanalı Fazil Mustafanın güllələnməsindən yazdı
    • 29-03-2023, 10:09
    • 551

SEPAH kanalı Fazil Mustafanın güllələnməsindən yazdı

İran İslam İnqilabi Keşikçiləri Korpusuna (SEPAH) bağlı Teleqram kanalları artıq millət vəkili Fazil Mustafanın Bakıda silahlı hücuma məruz qalmasına münasibət bildirməyə başlayıblar.

News24.az axar.az-a istinadən bildirir ki, SEPAH-a bağlı kanallardan biri (SEPAHCYBERY) yazıb:

"Antiiran və antiislam mövqeləri ilə tanınan Azərbaycanlı millət vəkili Fazil Qəzənfər ogluna (Mustafa) terror oldu. Yerli mənbələrin verdiyi məlumata əsasən, ona iki güllə dəyib və xəstəxanaya yerləşdirilib".

Qeyd edək ki, 28 mart 2023-cü ildə saat 21:50 radələrində millət vəkili Fazil Mustafa Zabrat qəsəbəsindəki evinin önündə silahlı hücuma məruz qalıb. Ona avtomat silahlardan çoxsaylı atəş açılsa da, yalnız güllələrdən ikisi ona dəyib və F.Mustafa çiyin və ayaq nahiyəsindən yaralanıb.

TƏBİB-in yaydığı məlumata görə, millət vəkilinin həyati təhlükəsi yoxdur.