"Narahat olmayın, quduzluq iynənizi də almışam" - Təranə Qumral
    • 29-03-2023, 16:55
    • 613

"Narahat olmayın, quduzluq iynənizi də almışam" - Təranə Qumral

Müğənni Təranə Qumral həyat yoldaşı Musa Musayevin "Amor Mia" ifasını tənqid edənlərə cavab verib.

News24.az 
xəbər verir ki, Təranə paylaşım edərək, təhqir dolu sözlər yazıb.

"Danışıb, dayandınız? Sözüm sosial şəbəkələrdə haqqımızda yazanlaradır: İt hürər, karvan keçər. Bunun nə zaman dayanacağını gözləyirəm. Narahat olmayın, quduzluq iynənizi də almışam, bu yaxınlarda vuracağam" deyə, Təranə paylaşımında yazıb.

İfaçı daha sonra paylaşımına yazılan şərhləri bağlayıb.

Qeyd edək ki, M.Musayevin ifasını ötən gün aktyor Müşviq Şahverdiyev də parodiya etmişdi.