Yaxın saatlarda küləyin sürəti güclənəcək
    • 30-03-2023, 11:09
    • 165

Yaxın saatlarda küləyin sürəti güclənəcək

Respublikanın bir sıra rayonlarında qərb küləyinin güclənməsi müşahidə olunur.

News24.az xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə, küləyin maksimal sürəti bəzi bölgələrdə 25-32 m/saniyəyə çatıb. Saat 10:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15 m/saniyədir.

Yaxın saatlarda isə küləyin maksimal sürəti 18-23, arabir 25-30 m/saniyəyə çatacaq.