-
- 6-02-2019, 12:58
- 632
Mehriban Əliyeva zəlzələ ilə bağlı tapşırıq verdi – Əhaliyə kömək edilsin
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şamaxıda zəlzələ nəticəsində uçqun baş verən ərazilərə baş çəkib.
Nazir əraziyə baxış keçirdikdən sonra açıqlama verərək bildirib ki, gecədən başlayaraq Şamaxıda müxtəlif ballarda 3 təkan olub:
“Cənab prezidentin tapşırığı ilə səhər tezdən bura gəlmişəm. Bizim əməkdaşlar rayon icra hakimiyyətinin əməkdaşları ilə birgə gecədən qəza olmuş və ya şikayət edən insanlara baş çəkiblər. Çox şükür ki, ölüm halları baş verməyib. Hadisədən təşvişə düşüb qaçarkən iki nəfərin ayağı, bir nəfərin qolu sınıb. Hazırda onlar müalicə alır. Ümumiyyətlə, 4 rayon üzrə 73 müraciət olub. Orada da ciddi fəsadların olmadığı qeyd olunub.
Belə zəlzələdə fəsadların cüzi olması çox yaxşıdır. Evlərin uçması halı baş verməyib, sadəcə divarlar aşıb. Bununla bağlı da ölkə başçısının tapşırığı ilə komissiyalar birgə işləyəcək. Nəticələr bəlli olduqdan sonra qərar veriləcək.
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da tapşırıq verib ki, fondun əməkdaşları könüllü olaraq əhaliyə kömək etsin”.
K. Heydərov qeyd edib ki, qəzalı vəziyyətdə olan evlərin sakinləri köçürüləcək:
“Yaxşı ki, rayon camaatı bu hadisəni panika ilə qarşılamayıb, buna da ehtiyac yox idi. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısına və əməkdaşlarına da nazirliyimiz adından təşəkkür edirəm. Onlar operativ formada işləyib camaatı sakitləşdirib.
Qəzalı vəziyyətdə olan evlərin sakinləri köçürüləcək. Uçmaq təhlükəsi olan bir neçə ev var. Onlara dövlət tərəfindən köməkliklər olacaq. Təmir-bərpa işləri zəruri olan yerlərdə də işlər görüləcək. Bir az əvvəl vertolyotla zəlzələnin episentrində yerləşən kəndə eniş etdik, orada da ciddi fəsad baş verməyib”.