Pənah Hüseyn, Tural Abbaslı və Elşad Musayev eyni partiyada? — AÇIQLAMA
    • 31-03-2023, 13:18
    • 866

Pənah Hüseyn, Tural Abbaslı və Elşad Musayev eyni partiyada? — AÇIQLAMA

Hazırda bir sıra partiyaların vahid təşkilatda birləşməsi ilə bağlı müzakirələr aparılır. İddia olunur ki, Böyük Azərbaycan Partiyası (BAP), Azərbaycan Xalq Partiyası (AXP), Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) və AĞ Partiya birləşmək istəyirlər. Adları çəkilən partiyaların Milli İstiqlal Partiyasında birləşəcəyi və təşkilata rəhbərliyin Arzuxan Əlizadəyə həvalə olunacağı deyilir.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə News24.az-a açıqlamasında yayılan məlumatların tamamilə yanlış olduğunu bildirib. Partiya sədri əlavə edib ki, "Siyasi partiyalar haqqında" Qanun qəbul olunandan sonra bir sıra partiyaların birləşməsi prosesi təbiidir:

"Ölkəmizdə müəyyən partiyalar var ki, bugünkü qəbul olunmuş qanunun tələblərinə müvafiq öz fəaliyyətlərini qura bilməyəcəklər. Yəni, bu reallıqdır. Artıq 6 siyasi partiya fəaliyyətini dayandırmasıyla bağlı qərarını açıqlayıb. Adı çəkilən partiyalarla Milli İstiqlal Partiyası arasında xüsusilə son dönəmlərdə normal əməkdaşlıq münasibətləri formalaşıb. Amma, konkret olaraq həmin partiyalarda yeni qanuna uyğunlaşmaqla bağlı fəaliyyətlərini davam etdirirlər. Və bu cür birləşmə ilə bağlı məsələ partiyalarımız arasında müzakirə mövzusu olmayıb. Milli İstiqlal Partiyası köklü partiyadır, hansı bir partiya bizimlə fəaliyyətini davam etdirmək istəyərsə, müraciətinə də baxıla bilər".

Qeyd edək ki, ilk məlumatı qaynarinfo.az saytı yayıb. 


Aynurə