Sıla, ya Murad Boz? - Biri 400, digəri üçün 500 AZN
    • 23-07-2018, 14:22
    • 2 299

Sıla, ya Murad Boz? - Biri 400, digəri üçün 500 AZN

Bu ilin sonunda Türkiyənin iki pop ulduzu Murad Boz və Sıla Bakıya gələcək.  Murad dekabrın 21-i, Sıla isə dekabrın 29-da Bakı Konqres Mərkəzinin səhnəsinə çıxacaq. 

M. Boz paytaxtda dəfələrlə konsert versə də, Sılanın Azərbaycana ilk səfəri olacaq. 

Hər iki müğənninin bilet qiymətlərində fərq var. Belə ki, Murad üçün 70-500 AZN, Sılanı görmək üçün isə 30-400 manatınızdan keçməli olacaqsız. 
Onların bilet satışını müqayisə etsək, göstəricilər Sılanın xeyrinədir.  

Bundan əlavə, Murad Bozun konserti üçün Bakı Konqres Mərkəzinin bütöv zalı nəzərdə tutulmayıb. Yəni, arxa sıraların biletləri satışa çıxarılmayıb. 
Sılanın konsertində isə bütöv zal tamaşaçıların ixtiyarına verilib və 5 ay sonra baş tutacaq konsert biletlərinin 10 faizdən çoxu satılıb. 

// Qafqazinfo