Aysun ərindən danışdı:
    • 31-03-2023, 18:14
    • 560

Aysun ərindən danışdı: "Evdə hər şey mənim adımadır"

Müğənni Aysun İsmayılova ötən gün qonaq olduğu "7 canlı" verilişində etiraf edib ki, avtomobili yaxşı idarə edə bilmir.

News24.az xəbər verir ki, ifaçı maşını ona həyat yoldaşının aldığını deyib.

"Maşını həyat yoldaşım sürür. Avtomobili o alıb, amma mənim adımadır. Ümumiyyətlə evdə hər şey mənim adımadır", - Aysun bildirib.

Səbirsiz olduğunu deyən ifaçı bir aydır ki, maşın sürməyi öyrənməyə başladığını deyib:

"Yavaş-yavaş şəhərə çıxıram. Ancaq axşamlar sürürəm, günorta qorxuram". (publika)