-
- 6-02-2019, 14:55
- 891
Türkiyədə ərini öldürən azərbaycanlı qadın 16 il 8 ay azadlıqdan məhrum edilib
Azərbaycan əsilli, 28 yaşlı, Türkiyə vətəndaşı Aysel Eshme 16 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
A. Eshme həyat yoldaşı Ümit Gökeri bıçaqlamaqda ittiham olunub.
Bildirilib ki, 2017-ci il dekbarın 1-də Konyanın Mərkəzi Səlcuq rayonunun Bosna Hersek məhəlləsində bir qanlı hadisə baş verib. Aysel Eshme evdə 9 aylıq körpəsini hərəkətsiz görüb, həyat yoldaşı Ümit Gökerlə birlikdə xəstəxanaya aparıb. Gənc ana həkimlərdən övladının boğularaq öldürüldüyünü biləndən sonra avtomobildə ərinə bıçaqla ağır xəsarət yetirib. Ü.Göker xəstəxanada ölüb.
Prokuror A.Eshmenin Ü.Gökerin qətlini planlaşdırdığını bildirərək onun 24 il müdtinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə heyəti cinayəti işlətməyə təhrik edildiyini nəzərə alaraq, həbs müddətinin 20 ilə endirilməsi, məhkəmə zamanı Aysel Eshmenin davranışına görə bu müddətin 16 il 8 ayadək endirilməsi barədə qərar çıxarıb. A.Eshme hadisə zamanı anlaqsız vəziyyətdə olduğunu bildirib: “Mən insanlara zərər verəcək adam deyiləm. Bəraət verilməsini istəyirəm”.
//Report