Seyran Mirzəzadə Monteneqro dövlət radiosunda qonaq olub
    • 6-02-2019, 16:40
    • 1 099

Seyran Mirzəzadə Monteneqro dövlət radiosunda qonaq olub

Azərbaycan – Monteneqro Mədəni və İqtisadi Mərkəzinin direktoru Seyran Mirzəzadə Monteneqro mediasında Azərbaycanın təbliğatını davam etdirir. 

Bu haqda Mərkəzinin direktoru Seyran Mirzəzadə məlumat verib. Belə ki, Mərkəzin direktoru Seyran Mirzəzadə 02 və 05 fevral tarixlərində Monteneqronun dövlət radiosunun "Mozaika” və "Mədəniyyətin gücü” verilişlərinin qonağı olub.
 
O, aparıcıların Azərbaycanın zəngin mədəniyyəti, ədəbiyyatı, musiqisi, muğam, xalçaçılıq sənəti, memarlığı, iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı haqqında sualları cavablandırıb.
 
Verilişlərdə Alim Qasımov, Əlihan Səmədov, Müslim Maqomayevin ifasında nümunələr səsləndirilib.


//Azxeber