Tramp porno aktrisanı susdurmaq üçün ona pul verib? – ABŞ-də TARİXİ MƏHKƏMƏ
    • 3-04-2023, 11:12
    • 650

Tramp porno aktrisanı susdurmaq üçün ona pul verib? – ABŞ-də TARİXİ MƏHKƏMƏ

ABŞ-də tarixi məhkəmə günü üçün geri sayım başlayıb.

News24.az xəbər verir ki, ABŞ-nin eks-prezidenti Donald Tramp sabah Nyu Yorkda məhkəməyə çıxarılacaq.

Martın 30-da Nyu-York məhkəməsi siyasətçinin 2016-cı il prezident seçkilərindən əvvəl porno aktrisa Stormi Danielslə cinsi əlaqədə olduqdan sonra ona susması üçün 130 min dollar ödədiyi ilə bağlı ittiham aktı çıxarıb.

Tramp tərəfdarları məhkəmə zamanı Nyu-Yorkda nümayiş keçirməyə hazırlaşır. Nümayişdə bəzi Respublikaçılar Partiyasının deputatlarının da iştirakı gözlənilir.

Nyu York Polis Departamenti məhkəmə günü üçün bütün icazələri ləğv edib. Trampa dəstək nümayişi zamanı 38 min polis vəzifə başında olacaq.
Trampın vəkili bildirib ki, ittihamlara qəti şəkildə etiraz ediləcək.

Qeyd edək ki, Tramp ittiham olunan ilk ABŞ prezidenti kimi tarixə düşüb. /TRT News/