-
- 3-04-2023, 13:33
- 350
“Avroviziya”nın qalibi kim olacaq? - Bukmeykerlərdən proqnoz
Bukmeykerlər Böyük Britaniyanın Liverpul şəhərində Ukrayna adından keçiriləcək “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsinin iştirakçıları ilə bağlı proqnoz verib.
News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, bukmeykerlər birinci yerdə 2012-ci ildə Bakıdakı “Avroviziya”da qalib gəlmiş İsveç təmsilçisi Loreeni görür. O, budəfəki müsabiqədə “Tatoo” mahnısı ilə çıxış edəcək.
İkinci yerə “Cha Cha Cha” mahnısı ilə Käärijä (Finlandiya), üçüncü yerə “Heart of Steel” mahnısı ilə “Tvorchi” qrupu (Ukrayna), dördüncü yerə “Queen Of King” mahnısı ilə Alessandra (Norveç), beşinci yerə isə “EAEA” mahnısı ilə Blanka Palomanın (İspaniya) çıxacağı proqnoz edilir.
Qeyd edək ki, müsabiqənin yarımfinalları 9 və 11 mayda, finalı isə 13 mayda keçiriləcək.