Milli Məclis Fransa senatının qərarı ilə bağlı bəyanat layihəsi hazırlayır
    • 4-04-2023, 11:58
    • 254

Milli Məclis Fransa senatının qərarı ilə bağlı bəyanat layihəsi hazırlayır

Milli Məclis Fransa senatının Azərbaycana qarşı son zamanlar qəbul etdiyi qərarlarla bağlı bəyanat layihəsi hazırlayacaq.

News24.az xəbər verir ki, layihənin hazırlanması üçün yaradılacaq komissiyanın sədri Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov təyin edilib.

Parlament sədrinin birinci müavini Əli Hüseynli təklif edib ki, komissiyanın üzvləri deputatlar Ziyafət Əsgərov, Elşən Musayev, Əziz Ələkbərli və Sevil Mikayılova bəyanat layihəsini hazırlasın.