Zabrat-Kürdəxanı yolunda sürət həddi endirildi
    • 4-04-2023, 17:09
    • 252

Zabrat-Kürdəxanı yolunda sürət həddi endirildi

Sabunçu, Balaxanı, Zabrat və Kürdəxanı qəsəbələrinin ərazisindən keçən Zabrat-Kürdəxanı yolunda müvafiq yol nişanları quraşdırılaraq maksimum sürət həddi 60 km/saatdan 50 km/saat-a endirilib.

Bu barədə News24.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) xəbər verilib.

Qurum sürücülərdən yol nişanlarının tələbinə uyğun olaraq tətbiq edilən yeni sürət həddinə riayət etmələrini xahiş edir.