-
- 7-02-2019, 14:03
- 2 628
Uğursuzluq gətirən zinət əşyaları
Praktik olaraq, bütün qadınlar və əksər kişilər zinət əşyalarını sevir, gündəlik həyatlarında istifadə edirlər.
Hətta çoxuna görə zinət əşyaları uğur simvoludur. Ancaq az adamın ağlına gələr ki, əksər zinət əşyaları bədbəxtlik, uğursuzluq gətirir.
Zinət əşyaları müxtəlif yollarla əldə edilir. Adətən ya pulla alınır, ya da hədiyyə verilir. Bəziləri isə onları müxtəlif məkanlarda tapır. Elə adamları xoşbəxt saymaq olarmı? Ya da tapılan zinət əşyasının uğur gətirəcəyinə əminikmi?
Sirr deyil ki, zinət əşyaları özündə yüksək enerji daşıyır. Bu enrjinin isə pozitiv olduğu qədər, neqativlik daşıdığı da istisna deyil.
Bu yazıda hansı yolla əldə olunan zinət əşyalarının neqativ enerji daşıdığı və həyatımıza bəla, uğursuzluq gətirəcəyi barədə bəhs edilir:
Tapılmış zinət əşyası: onun həyatımıza pozitiv enerji ilə yanaşı, neqativ enerjinin daxil etməsi labüddür. Hər şey onun əvvəlki sahibinin aurasına bağlıdır. Amma əşyanı taparkən əvvəlki sahibi haqda məlumatımız olmadığından onu istifadə etmək, yaxud evə gətirməkdənsə, sataraq qurtulmaq daha məqsədəuyğundur.
Oğurlanmış zinət əşyası: istənilən oğurluq əşya heç kimə xeyir gətirmir, o ki, qala zinət əşyası. Buna görə də əjdadlarımız həmişə deyib ki, əgər oğru hər hansı zinət əşyasını oğurlayıbsa, neqativ enerjini də götürmüş olub. Əminik ki, zinət əşyasına sahib olmaq üçün sizin ağlınızdan onu oğurlamaq keçmir...
Süni daşlardan ibarət zinət əşyası: əvvəla xatırladaq ki, bir çox zinət əşyaları süni daş-qaşlarla bəzədilir. Amma o cür əşyalar heç də müsbət enerji daşımırlar. Məsələ burasındadır ki, təbii daş-qaş uzun müddət yerin altında qaldığından özündə müsbət enerji cəmləşdirir. Belə halda, yeni sahibi ondan yüksək enerji əldə edir. Ancaq süni daşlar enerji ötürə bilməsələr də, müsbət enerjini özlərini çəkməyə qadirdirlər.
Lombarddan alınan zinət əşyası: ordan alınmış zinət əşyasının müsbət enerjili olduğu şübhə altındadır. Nədən ki, adətən çətinliyə düşən kəslər öz zinət əşyalarını Lombarda verməyə məcbur qalırlar. Belə olan halda, zinət əşyası sahibinin mənfi enerjisini də özündə bərqərar etmiş olur. O səbəbdən də Lombarddan zinət əşyası almaq istərkən, yuxarıda yazılanları yadınıza salın...
Bədniyyət adamın hədiyyə etdiyi zinət əşyası: hədiyyə olunmuş zinət əşyası sizə o vaxt xoşbəxtlik gətirə bilər ki, onu hədiyyə edən adam xeyirxah biri olsun, eləcə də hədiyyəni ürəkdən versin. Əgər hədiyyəni sizi sevməyən, paxıllıq edən biri edibsə, əmin olun ki, o zinət əşyası sizə ancaq uğursuzluq gətirəcək. Buna görə də o cür adamlardan zinət əşyası, ümumiyyətlə, hər hansı hədiyyəni qəbul etməsəz yaxşıdır.
Hər nə olmasından asılı olmayaraq, özünüzə zinət əşyası alarkən, çalışın, həmin vaxt pozitiv enerjidə olasız. Eləcə də başqasına hədiyyə edərkən, bunu yüksək əhvəlla və ürəkdən edin.
Azər NƏSİBOV