İrana casusluq edən daha bir nəfər tutuldu – FOTO
    • 6-04-2023, 13:00
    • 368

İrana casusluq edən daha bir nəfər tutuldu – FOTO

Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam edir.

News24.az bildirir ki, bu barədə “MOUZE” “Telegram” kanalı məlumat yayıb.

Bildirilib ki, İranın molla rejiminə xidmət edən daha bir nəfər saxlanılıb.

Saxlanılan şəxs Bakı şəhər sakini Saleh Əli oğlu Həmzəyevdir. Onun nədə ittiham olunduğu hələlik məlum deyil.