69 aptekdə uyğunsuzluq aşkarlandı - SİYAHI
    • 7-04-2023, 09:41
    • 368

69 aptekdə uyğunsuzluq aşkarlandı - SİYAHI

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu ilin yanvar və fevral ayları ərzində ölkə ərazisində bioloji aktiv qida məhsullarının dövriyyəsini həyata keçirən 96 aptekdə yoxlama aparılıb.

AQTA-dan News24.az-a verilən məlumata görə, 93-ü planlı, 3-ü isə plandankənar həyata keçirilən yoxlamalar zamanı 27 aptekin nəticəsi qənaətbəxş olub, 69 aptekdə isə uyğunsuzluq aşkar edilib.

Bunlardan 60 aptekdə sanitar norma və qaydalara əməl olunmadığı, 7 aptekdə saxlanma müddəti bitmiş bioloji aktiv qida məhsulunun satıldığı, 2 aptekdə isə bu məhsulun etiket məlumatlarının tələblərə cavab vermədiyi müəyyən edilib. Həmin apteklərin vəzifəli şəxsləri barəsində Agentlik tərəfindən inzibati məsuliyyət tədbirləri görülüb. Uyğunsuzluq aşkarlanan 2 aptekdə bioloji aktiv qida məhsulunun satışının dayandırılması, 7 aptekdə isə məhsulların satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı qərar qəbul olunub.

Həmçinin ötən ilin dekabrın 6-dan etibarən AQTA əməkdaşları tərəfindən qida təhlükəsizliyi sertifikatı və üzərində Azərbaycan dilində markalanması olmayan bioloji aktiv qida məhsullarının satışı ilə bağlı 327 aptekdə monitorinq həyata keçirilib. Monitorinqin nəticəsinə əsasən, 13 aptekdə qida təhlükəsizliyi sertifikatı, 9 aptekdə isə üzərində Azərbaycan dilində markalanması olmayan bioloji aktiv qida məhsulları aşkar edilib. Həmin məhsullar satışdan kənarlaşdırılıb, qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Monitorinq zamanı uyğunsuzluq aşkarlanan 15 aptek barədə aşağıdakı cədvəl vasitəsilə məlumat ala bilərsiniz:

Monitorinq zamanı uyğunsuzluq aşkarlanan apteklər barədə məlumat
Müəssisənin adıMüəssisənin ünvanıMəhsulun adı və miqdarıAşkarlanan uyğunsuzluq
1"Zeytun" aptekNizami rayonu, Q.Qarayev pr.,
ev 25/6, m. 43
1) Türkiyə istehsalı olan 80 ədəd "Dermosirr" əmtəə nişanlı yağ
2) 1 ədəd "Dr Vitt" əmtəə nişanlı multivitamin 800 qr
Azərbaycan dilində markalanması və qida təhlükəsizliyi sertifikatı mövcud deyil
60 ədəd "Vitamin Plyus" əmtəə nişanlı Qemotogen 40 qrQida təhlükəsizliyi sertifikatı mövcud deyil
2"Zeytun" aptekYasamal rayonu, Şərifzadə küçəsi,
ev 119
40 ədəd "Vitamin Plyus" əmtəə nişanlı Qemotogen 40 qrAzərbaycan dilində markalanması və qida təhlükəsizliyi sertifikatı mövcud deyil
3"Zeytun" aptekNizami rayonu, Ə.Hacıyev küçəsi, ev 19,
m. 18
1 ədəd "Dr Vitt" əmtəə nişanlı multivitamin 800 qrAzərbaycan dilində markalanması və qida təhlükəsizliyi sertifikatı mövcud deyil
4"Klover" aptekNizami rayonu, Q.Qarayev pr.,
ev 31A
1) 7 ədəd "D-CelorolFort" əmtəə nişanlı vitamin
2) 2 ədəd "Malbiofarm" əmtəə nişanlı vitamin
3) 1 ədəd "Komplivit" əmtəə nişanlı vitamin
Azərbaycan dilində markalanması və qida təhlükəsizliyi sertifikatı mövcud deyil
5"Avis" aptekNəsimi rayonu, S.Vurğun küçəsi,
ev 86
7 ədəd "Taliya" əmtəə nişanlı vitaminAzərbaycan dilində markalanması və qida təhlükəsizliyi sertifikatı mövcud deyil
6"Zeytun 505" aptekNəsimi rayonu, R.Rza və M.Füzuli küçələrinin kəsişməsi40 ədəd "Vitamin Plyus" əmtəə nişanlı Qemotogen 40 qrQida təhlükəsizliyi sertifikatı mövcud deyil
7"Dərmançı 392" aptekNəsimi rayonu, Ak.H.Əliyev küçəsi18 ədəd "Vitamin Plyus" əmtəə nişanlı Qemotogen 40 qrQida təhlükəsizliyi sertifikatı mövcud deyil
8"Zeytun 301" aptekNəsimi rayonu, N.B.Yusifbəyli küçəsi, ev 184 ədəd "D3 Emaks" əmtəə nişanlı vitaminQida təhlükəsizliyi sertifikatı mövcud deyil
9"Kardio" aptekŞəki şəhəri, Bağbanlar küçəsi1) 2 ədəd "Qara Zirə" əmtəə nişanlı yağ 250 ml
2) 1 ədəd "Apilak" əmtəə nişanlı məlhəm 25 kapsul
3) 3 ədəd "Nat-sedavit" əmtəə nişanlı məlhəm 100 kapsul
4) 1 ədəd "Spektrum" əmtəə nişanlı vitamin 30 kapsul
5) 1 ədəd "Bronx +" əmtəə nişanlı şərbət 150 ml
6) 3 ədəd "Urobest" əmtəə nişanlı məlhəm 38 kapsul
7) 1 ədəd "Acidekzol" əmtəə nişanlı şərbət 200 ml
8) 6 ədəd "Prolaks kids" əmtəə nişanlı şərbət 100 ml
9) 4 ədəd "Prolaks" əmtəə nişanlı şərbət 100 ml
10) 1 ədəd "Bio-Kolik" əmtəə nişanlı sirop 125 ml
11) 10 ədəd "Venatura" əmtəə nişanlı şərbət 25 ml
12) 1 ədəd "Novo-pasit" əmtəə nişanlı məlhəm 100 kapsul
Qida təhlükəsizliyi sertifikatı təqdim olunmayıb
10"Kardio" aptekŞəki şəhəri, Z.Əliyeva küçəsi1) 1 ədəd "Sanoles" əmtəə nişanlı məlhəm 30 kapsul
2) 1 ədəd "Zvezdoçka" əmtəə nişanlı məlhəm 18 kapsul
3) 1 ədəd "Plamin" əmtəə nişanlı məlhəm 50 kapsul
4) 1 ədəd "Trio Sinerji" əmtəə nişanlı məlhəm 60 kapsul
5) 3 ədəd "Sedasan" əmtəə nişanlı məlhəm 30 kapsul
6) 10 ədəd "Nat Qara Zirə" əmtəə nişanlı məlhəm 100 kapsul
7) 5 ədəd "Nat Ərküdə" əmtəə nişanlı məlhəm 100 kapsul
8) 2 ədəd "Prospan" əmtəə nişanlı şərbət 100 ml
9) 1 ədəd "Alora" əmtəə nişanlı şərbət 100 ml
10) 7 ədəd "Nat-Udi" əmtəə nişanlı məlhəm 100 kapsul
11) 1 ədəd "Çiston" əmtəə nişanlı məlhəm 100 kapsul
12) 3 ədəd "Nat-Prostat" əmtəə nişanlı məlhəm 100 kapsul
13) 2 ədəd "Stomax" əmtəə nişanlı məlhəm 30 kapsul
14) 1 ədəd "Bilobil" əmtəə nişanlı məlhəm 20 kapsul
15) 1 ədəd "Anzibel" əmtəə nişanlı məlhəm 20 kapsul
Qida təhlükəsizliyi sertifikatı təqdim olunmayıb
11"Kardio" aptekŞəki şəhəri, N.Nərimanov küçəsi1) 1 ədəd "Krilom" əmtəə nişanlı balıq yağı 30 kapsul
2) 1 ədəd "Bestom" əmtəə nişanlı balıq yağı 60 kapsul
3) 1 ədəd "Prokal D" əmtəə nişanlı vitamin 200 ml
4) 1 ədəd "Nyam-Nyam Kids" əmtəə nişanlı şərbət 200 ml
5) 2 ədəd "Pikovit" əmtəə nişanlı vitamin 30 kapsul
6) 3 ədəd "Bio Stres" əmtəə nişanlı şərbət 125 qr
7) 2 ədəd "Qastrosen" əmtəə nişanlı şərbət 250 ml
8) 1 ədəd "Qedeliks" əmtəə nişanlı şərbət 100 ml
9) 1 ədəd Sedaflor-B" əmtəə nişanlı məlhəm 30 kapsul
10) 1 ədəd "Ekstrased" əmtəə nişanlı məlhəm 30 kapsul
11) 1 ədəd "Tri Valumen" əmtəə nişanlı məlhəm 30 kapsul
12) 1 ədəd "Sedaflor-B Night" əmtəə nişanlı məlhəm 20 kapsul
13) 2 ədəd "Seuril" əmtəə nişanlı məlhəm 40 kapsul
14) 1 ədəd "Stress Nol" əmtəə nişanlı məlhəm 15 kapsul
15) 1 ədəd "Novarest" əmtəə nişanlı məlhəm 30 kapsul
16) 1 ədəd "Bronxonat" əmtəə nişanlı şərbət 100 ml
17) 1 ədəd "Renokaps" əmtəə nişanlı şərbət 100 ml
18) 1 ədəd "Grensam" əmtəə nişanlı şərbət 150 ml
Qida təhlükəsizliyi sertifikatı təqdim olunmayıb
12"Zeytun 595" aptekNizami rayonu, M.Şərifli küç.,
ev 241A
4 ədəd "Solgar" əmtəə nişanlı vitaminlər (hər biri müxtəlif növ partiyalara məxsus)Azərbaycan dilində markalanması və qida təhlükəsizliyi sertifikatı mövcud deyil
13"Kardio" aptekGəncə şəhəri, Təbriz küçəsi6 ədəd "L-Carnitine" əmtəə nişanlı qida əlavəsi 500 mgAzərbaycan dilində markalanması mövcud deyil
14"Evro" aptekGəncə şəhəri, Əbül-Üla Gəncəvi küçəsi 81 ədəd "Biokontur" əmtəə nişanlı malina, 1 ədəd multifrukti balıq yağı 100 kapsulAzərbaycan dilində markalanması və qida təhlükəsizliyi sertifikatı təqdim olunmayıb
15"Gəncə" aptekGəncə şəhəri, Təbriz küçəsi 541 ədəd "L-Carnitine" əmtəə nişanlı qida əlavəsi 500 mgAzərbaycan dilində markalanması mövcud deyil