-
- 10-04-2023, 11:00
- 804
Daha 50 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim olundu
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Ramana, Kürdəxanı qəsəbələrində, Abşeron, Samux, Yevlax, Biləsuvar, Masallı, Bərdə, Saatlı rayonlarında və Naxçıvan şəhərində daha 50 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunub.
News24.az xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı geniş miqyaslı sosial dəstək proqramının icra olunduğunu bildirib.
Qeyd olunub ki, sosial dəstək paketinin mühüm istiqamətlərindən biri - şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı İkinci Qarabağ müharibəsindən sonra 5 dəfə genişlənib. 2021-ci ilin əvvəlindən İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və həmin müharibə ilə əlaqədar əlilliyi olanlar da mənzillə təmin olunur.
Mənzillə təminat tədbirlərinin davamı kimi, bu gün Bakı və bölgələrdə daha 50 mənzil və fərdi ev təqdim edilir. 44 günlük Vətən müharibəsindən sonra 4560, ümumilikdə ötən dövrdə 13360 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib. Dövlət başçısının tapşırığı ilə bu il şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə ən azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub.
Ölkə Prezidentinin fərman və sərəncamları ilə son 5 ildə 4 sosial islahat paketinin icra olunduğu, şəhid ailələri və müharibə iştirakçılarına yönələn sosial ödənişlərin də hər ilin əvvəlindən artırıldığı diqqət çatdırılıb.