Nazirlik Prezidentin Sərəncamı ilə bağlı məlumat YAYDI
    • 10-04-2023, 11:56
    • 203

Nazirlik Prezidentin Sərəncamı ilə bağlı məlumat YAYDI

Prezident İlham Əliyev “Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamda dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamın 1-ci hissəsində “ildə” sözü “və 2023-cü illərdə” sözləri ilə əvəz edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən News24.az-a verilən xəbərə görə, Nazirlik tərəfindən müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin 2022-ci illə bərabər, həmçinin 2023-cü ildə də formalaşmış dövlət icbari şəxsi sığorta vəsaiti hesabına həyata keçirilməsini nəzərdə tutur.

Qeyd olunan tədbirlərə həmin kateqoriyalara aid vətəndaşların mənzil və fərdi evlə, reabilitasiya xidmətləri və vasitələri ilə təmin edilməsi daxildir.

Məlumat üçün bildirək ki, dövlət başçısının 2021-ci il 18 may tarixli Fərmanı ilə dövlət icbari şəxsi sığorta sahəsində idarəetmə 2022-ci ilin əvvəlindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub.

Fərmanda dövlət icbari şəxsi sığortası üzrə daxil olan sığorta haqlarından formalaşan sığorta vəsaitindən müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsi istiqaməti üzrə də istifadə edilməsi nəzərdə tutulub.