Mumiyalardan insanlara təhlükəli göbələk yoluxa bilər
    • 12-04-2023, 10:05
    • 167

Mumiyalardan insanlara təhlükəli göbələk yoluxa bilər

Meksikada mumiya sərgisinin sağlamlıq üçün təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edilib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb ziyarətçilərin qəbirlərdə yaşayan zərərli göbələklərə yoluxma riskinin olmasıdır.

Mumiyaları quru və minerallarla zəngin torpaqda kriptlərdə basdırılıb. Bu da onları mükəmməl şəkildə qoruyub saxlamağa imkan verib.

Həmin ərazi bölgənin məşhur turistik yerlərindən biridir.

Mumiyalardan ən azı birində göbələyin mümkün koloniyalarının böyüməsi əlamətləri olub. Bu, muzeydə işləyən və sərgiyə baxmağa gələn hər kəs üçün təhlükəli ola bilər.

Alimlər həm ictimai, həm də mədəni irsin qorunması üçün müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini tövsiyə ediblər.