-
- 13-04-2023, 11:42
- 491
Azərbaycana yeni ucuz maşınlar gələcək – Səbəb
Çin ekoloji normaları sərtləşdirir.
News24.az Avtomedia.az-a istinadən xəbər verir ki, iyunun 1-dən ölkədə China 6b ekoloji normaları tətbiq ediləcək. Bu normalar Avro 6 qədər sərtdir. Ənənəvi avtomobillər bu normalara cavab vermir.
İyulun 1-dən bu normaya görə yalnız hibrid və elektromobil satışı mümkün olacaq.
Faktiki olaraq Çində ənənəvi avtomobillərə maraq azalır. Bunun səbəbi yerli müəssisələrin daxili bazara əlverişli qiymətə elektromobil təklif etməsidir.
Lakin avropalı istehsalçıların anbarlarında çox sayda ənənəvi mühərrikli avtomobil qalıb ki, bunlasrın da 1 aya satılıb qurtarması real görünmür. İyunun 1-dən bu avtomobillər yalnız işlənmiş texnika kimi, maya dəyərindən də aşağı satılacaq.
Ekspertlıərin fikrincə, itehsalçıların 2 çıxış yolu var: ya ciddi endirimə getmək, və ya avtomobilləri Çindən çıxararaq başqa ölkədə satmaq.
Görəsən bu halda həmin avtomobillər Azərbaycan bazarına da gələcəkmi? Ekspertlərin fikrincə bu hal “boz diler”lər üçün göydən düşmə bir haldır. Çünki Azərbaycanda son aylarda Çindən avtomobil gətirərək qeyri rəsmi şəkildə satış edən salonların sayı artıb. Bu hal ölkəmizdə fəaliyyət göstərən rəsmi dilerlərin işinə azda olsa zərbə vuracaq.