ATƏT hərbçilərimizə qarşı erməni vəhşiliyini QINADI
    • 14-04-2023, 18:07
    • 425

ATƏT hərbçilərimizə qarşı erməni vəhşiliyini QINADI

“Ermənistanda Azərbaycan hərbçisinə qarşı açıq-aşkar amansız rəftarın görüntüləri dərin narahatlıq doğurur”.

News24.az xəbər verir ki, bu barədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) məlumat yayıb.

ATƏT/DTİHB insidentlə bağlı dərhal araşdırma aparmağa çağırıb: “Bu, günahkarların beynəlxalq hüquq normalarına uyğun olaraq məsuliyyətə cəlb olunmasına kömək edəcək”.

Xatırladaq ki, daha əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) beynəlxalq ictimaiyyəti Ermənistan tərəfindən saxlanılan Azərbaycan hərbi qulluqçusuna qarşı işgəncə və qeyri-insani rəftarı pisləməyə çağırıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.