3 uşağa təcavüz edən türk milyarder həbs olundu
    • 10-02-2019, 11:51
    • 1 063

3 uşağa təcavüz edən türk milyarder həbs olundu

Keniyada yaşayan türkiyəli iş adamı Osman Erdinç Elsek həbs olunub.

News24.az xəbər verir ki, biznesmen, 12-17 yaş aralığında olan 3 qız uşağına təcavüz etməkdə günahlandırılır.

Polis O.E.Elskini villasına basqın edərək onu polis bölməsinə aparıb.

Təcavüzə məruz qalan uşaqlar uşaq evinə yerləşdirilib və psixoloq nəzarətində polisə ifadə veriblər.

Qeyd edək ki, 10 ildən çoxdur Keniyada yaşayan Elsekin sahibi olduğu şirkət inşaat, daxili dizayn, təhlükəsizlik, qida, turizm və yaxta icarəsi işləri ilə məğuldur.