Erməni deputat bayrağımızın yandırılmasına görə ÜZR İSTƏDİ
    • 15-04-2023, 13:00
    • 383

Erməni deputat bayrağımızın yandırılmasına görə ÜZR İSTƏDİ

Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki müqavilə” fraksiyasının üzvü Hovik Ağazaryan İrəvanda keçirilən Avropa çempionatının açılışında Azərbaycan bayrağının yandırılmasına görə bütün dünyadan üzr istəyib.

News24.az xəbər verir ki, erməni deputat bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Beynəlxalq sivil ictimaiyyətdən üzr istəyirəm ki, bir vətəndaş və deputat kimi xalqımdakı vəhşi və adamyeyən tayfaların spesifik təzahürlərini tamamilə aradan qaldırmaq üçün əlimdən gələni etməmişəm. Ayıb olsun!”, - o Facebookda yazıb.