İrəvandakı idmançılarımız Vətənə qayıtdı
    • 15-04-2023, 21:40
    • 310

İrəvandakı idmançılarımız Vətənə qayıtdı

Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında iştirakdan imtina edən Azərbaycan millisi Vətənə qayıdıb.

Azərbaycan ağırlıqqaldıranlarını və federasiya nümayəndələrini gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Qeyd edək ki, qitə birinciliyinin dünən keçirilən açılış mərasimində Azərbaycan bayrağının yandırılması səbəbindən ağırlıqqaldıranlarımız Avropa çempionatında yarışmaqdan imtina ediblər.