Atletlərimiz belə qarşılandı - Video/ Foto
    • 15-04-2023, 21:51
    • 371

Atletlərimiz belə qarşılandı - Video/ Foto

Xəbər verdiyimiz kimi, ağırlıqqaldırma üzrə Azərbaycan idmançıları Tbilisidən Bakıya gəlir. Onlar yaxın dəqiqələrdə Vətənə çatacaqlar.

Azarkeşlər idmançılarımızın gəlişini böyük maraqla gözləyirlər. 
Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, İrəvanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı dizayner Aram Nikolyan səhnəyə qaçaraq qızın əlindən bayrağımızı götürərək yandırıb, daha sonra zaldan qaçmağa çalışıb. Bundan sonra Azərbaycan yığma komandası yarışda iştirakdan imtina edib. Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi birgə bəyanat yayaraq buna səbəb kimi Ermənistanın təhlükəsizliyi təmin etməməsini göstəriblər. /Qafqazinfo/