"Şinel" tamaşası oynanıldı - FOTOLAR
    • 17-04-2023, 14:15
    • 612

"Şinel" tamaşası oynanıldı - FOTOLAR

Azərbaycan Dövlət Pantomima teatrında N.V.Qoqolun eyni adlı əsərinin motivləri əsasında "Şinel" tamaşası oynanılıb.

News24.az xəbər verir ki, quruluşçu rejissoru Ceyhun Dadaşov olan tamaşada Elnur İsmayılov, Əli Əlizadə, Hilal Dəmirov, Nurlan Süleymanlı, Zəhra Hüseynova və başqaları iştirak edib.

Tamaşa ilk baxışdan əsərin orijinalından fərqli görünsə də zamanla məlum olur ki, rejissor müəllifin ali məqsədini ən dərin qatına qədər üzə çıxara bilib. "Şinel" (Palto) simvolik bir obraza çevrilib. Hamı əldə etmək istədiyi, onun üçün mübarizə apardığı, ona sahib olmaq üçün hər bir yola ət atdığı bir nəsnədir sanki.

Tamaşa boyu şinel (palto) fərqli insanların əlində olur və biz görürük ki, ona sahib olan insan cəmiyyətdə daha çox diqqət, hörmət və sevgi görür. Onu itirdik də isə bir heçə çevrilirlər, sanki bütün varlıqları, mənəviyyatları, şəxsiyyətləri şineldən ibarətdir.

Rejissorun yozunumda şinel - müasir telefonları, vəzifəni, bahalı maşını, pulu, mövqeyi simvolizə edir. Mənəviyyatını, özünü bu şeylərə qurban verən, özlərini yalnız onlar olduqda tam hiss edən, onları itirdik də isə məhv olmuş bir toplumla qarşılaşırıq. 

Tamaşanın sonunda isə gözlənildiyi kimi əsiri olduğumuz maddi aləmin içində mədh olub, bütün bunların bor bədheybət kimi hər kəsi udub məhv etməsinin şahidi oluruq.

Nicat NİFTƏLİYEV