Məşhur reper səhnədə "Grammy"ni tənqid etdi, mikrofonu söndürüldü və ...
    • 11-02-2019, 14:10
    • 1 010

Məşhur reper səhnədə "Grammy"ni tənqid etdi, mikrofonu söndürüldü və ...

Xəbər verdiyimiz kimi, "Grammy" mükafatları öz sahiblərini tapıb.

News24.az xəbər verir ki, mükafat gecəsi təndiqsiz ötüşməyib. "Twitter"də reper Cardi B-nin qalib olmasını tənqid edən məşhur müğənni Ariana Qrandedən fərqli olaraq gecədə mükafata layiq görülən reper Dreyk "Grammy" ilə bağlı sərt fikirlərini elə səhnədə səsləndirib. 

O, mükafatlandırmanı oyun adlandırıb:

"Bu, başqalarının fikrinin önəmli olduğu, lakin sənin əziyyətinin heç sayıldığı bir oyundur. Bu biznes bir kütlə insanın əlindədir. Onlar isə sadə insanların çatdırmaq istədiklərini anlamır. Əgər insanlar sənin mahnını oxuyur və hər sözünü əzbər bilirlərsə deməli sən qalibsən. Bunların heç biri də sənə lazım deyil".

Lakin reper sözləri yarım qalıb. Buna səbəb isə onun çıxışı zamanı mikrofonun söndürülməsi və reklam çarxlarının yayımlanması olub. 

Teymur MƏMMƏDOV