-
- 18-04-2023, 17:58
- 338
Baş Prokurorluqdan Tərtərdə minaya düşən şəxslə bağlı MƏLUMAT
Baş Prokurorluq Tərtərdə bu gün mina partlaması nəticəsində bir nəfərin xəsarət alması barədə məlumat yayıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən News24.az-a bildirilib ki, aprelin 18-i Tərtər rayonunun Borsunlu kənd sakini 1980-ci il təvəllüdlü Elnur Əsgərov kənd ərazisində açıq sahədə mina partlayışı nəticəsində xəsarət alıb.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
Məlumatda həmçinin bildirilib ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 291 nəfər mina qurbanlarından 51 nəfər həlak olub, 240 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.