Daha bir rayonun polis şöbəsinin rəisi vəzifəsindən azad edildi
    • 18-04-2023, 20:40
    • 396

Daha bir rayonun polis şöbəsinin rəisi vəzifəsindən azad edildi

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

News24.az-ın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmrinə əsasən Şəmkir Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Elnur Həsənov tutduğu vəzifədən azad edilib. Nazirin digər əmri ilə Elnur Həsənov Şəki Şəhər Rayon Polis Şöbəsinin rəisi təyin olunub.

Bundan başqa Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı Nəvai Qasımov tutduğu vəzifədən azad edilərək Şəmkir Rayon Polis Şöbəsinin rəisi təyin olunub.