Ölən pişiyinə yas tutdu - FOTO
    • 11-02-2019, 19:15
    • 1 075

Ölən pişiyinə yas tutdu - FOTO

Türk aktrisası Gökçe Yanardağ hüzünlər içindədir.

Aktrisanın 25 illik dostu saydığı pişiyi Marqo bu gün ölüb. Bundan dolayı sarsılan Yanardağ instagram hesabında kədərini izləyiciləri ilə bölüşərək, pişiyi haqda fikirlərini bölüşüb:
"Bir yanım əksildi... Bu günə qədər yaşatdığın bütün gözəlliklər üçün təşəkkür edirəm! Bu vaxta qədər sənə qarşı bir səhvim oldusa, əff et! Yaradana şükr... Yaxşı ki, var idin, yaxşı ki, mənim pişiyim olmuşdun. Səni həmişə sevəcəyəm səma gözlü quzum mənim"!

Aktrisanın bu acısına heyvansevər bütün izləyiciləri şərik olaraq, təsəlli veriblər.

News24.Az