Ramiz Məlik - DANIŞA BİLMƏDİ: “Xudahafiz”

Ramiz Məlik - DANIŞA BİLMƏDİ: “Xudahafiz” Mədəniyyət
Vəziyyətinin ağırlaşdığı deyilən Xalq artisti Ramiz Məlik açıqlama verib. 

News24.az
xəbər verir ki, bu barədə aktyor “Sherg.az”a danışıb. O, səhhəti ilə bağlı sualları cavablandırmaq istəməsə də, qızının dediklərini təsdiqləyib:

“Səhhətimlə bağlı nə deyilibsə, düzdür. Bahar da yazıb, saytlarda da mövcuddur. Nə material varsa, ondan da istifadə edin. Xudahafiz”.

Qeyd edək ki, sənətçinin qızı lent.az-a açıqlamasında atasının vəziyyətinin ağır olduğunu və telefonla danışa bilmədiyini demişdi.