"Azdrama"nın rəhbəri o olacaq? - Mehriban Ələkbərzadədən AÇIQLAMA
    • 20-04-2023, 13:52
    • 965

"Azdrama"nın rəhbəri o olacaq? - Mehriban Ələkbərzadədən AÇIQLAMA

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbər - direktoru vəzifəsinə rejissor Mehriban Ələkbərzadənin gətiriləcəyi ilə bağlı yerli KİV-lərdə xəbərlər yayılıb. Bu iddialara aydınlıq gətirmək üçün Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə ilə əlaqə saxladıq.

M. Ələkbərzadə News24.az-a açıqlamasında bildirdi ki, bu barədə məlumatı yoxdur: "Bu barədə rəsmi heç bir məlumat yoxdur. Nə vaxt rəsmi məlumat olsa, mənim də, cəmiyyətin də xəbəri olacaq". 

Xatırladaq ki, bu ilin aprel ayının 9-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru Azərpaşa Nemətov 76 yaşında dünyasını dəyişib. 

Qumral Əliyeva