"Bəzi təşkilatçılar festivallarda Azərbaycan filmlərini nümayiş etdirmək istəmirlər"
    • 20-04-2023, 15:36
    • 594

"Bəzi təşkilatçılar festivallarda Azərbaycan filmlərini nümayiş etdirmək istəmirlər"

“Bəzi festivalların təşkilatçıları açıq şəkildə yazırlar ki, Azərbaycan filmlərini nümayiş etdirmək istəmirlər”.

News24.az “Report”-a istinadən xəbər verir ki, bu fikirləri kinorejissor Asif Rüstəmov “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino Forumunda “Yaradıcılıq. Müasir Azərbaycan kinosunun perspektivləri” adlı II paneldə çıxışı zamanı deyib.

"Bəziləri bildirir ki, festivallara özlərinin görmək istədiyi şəkildə film tələb olunur. Lakin istedad varsa və uğurlu film çəkilibsə hər yerdə şansı var. Kimin nə gözləməsindən asılı olmayaraq belə halda problemlər yaranmır”, - A.Rüstəmov əlavə edib.