"Əhəmiyyətli dərsliklər Azərbaycan dilinə tərcümə edilsin"
    • 20-04-2023, 16:48
    • 785

"Əhəmiyyətli dərsliklər Azərbaycan dilinə tərcümə edilsin"

Dramaturgiya problemlərini tələbələrə öyrətmək üçün Azərbaycan dilinə təcili tərcümə olunması gərəkli dərsliklər var.

News24.az xəbər verir ki, bunu “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumunda kinorejissor Oleq Səfərəliyev deyib.

Onun sözlərinə görə, indiyə qədər dramaturgiyanın problemlərini tələbələrə öyrədəcək dərsliklər Azərbaycan dilinə tərcümə edilməyib: "Ona görə xahiş edirəm, dünyada təsdiq olunmuş əhəmiyyətli dərsliklər Azərbaycan dilinə tərcümə edilsin".