-
- 20-04-2023, 17:33
- 394
Təcili yardım qəzaya düşdü: ÖLƏN VAR
Şabranda təcili tibbi yardım avtomobili qəzaya düşüb, ölən var.
News24.az Report-a istinadən xəbər verir ki, çağırış ünvanından qayıdarkən hərəkətdə olan təcili tibbi yardım avtomobili VAZ-2107 markalı minik maşını ilə toqquşub.
Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib. Eyni zamanda təcili tibbi yardım avtomobilinin içərisində olan infarktı diaqnozu ilə xəstəxanaya aparılan 1955-ci il təvəllüdlü Rəfi Hüsi oğlu Məmmədov hadisə yerindəcə ölüb.
İlkin ehtimala görə, qəzaya səbəb VAZ-2107 markalı maşınının sürət həddini aşması olub.