Mədəniyyət Nazirliyi: Ramiz Məlikin səhhəti daim diqqətimizdə olub
    • 21-04-2023, 20:05
    • 505

Mədəniyyət Nazirliyi: Ramiz Məlikin səhhəti daim diqqətimizdə olub

Son günlər bəzi saytlarda Xalq artisti Ramiz Məlikin səhhətinin ağır vəziyyətdə olması və aktyorun bu durumuna Mədəniyyət Nazirliyinin biganə qalması ilə bağlı məlumatlar yayılıb.

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Xalq artisti Ramiz Məlik uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkir:

"Son günlər ailəsinin qərarı ilə aktyorun müalicəsi özəl klinikaların birində davam etdirilib. Xəstəxanada nazirliyin səlahiyyətli nümayəndələri aktyoru ziyarət edib və həkimlərlə Ramiz Məlikin sağlamlıq durumu haqqında danışıblar. Xəstənin yaxınları ilə Mədəniyyət Nazirliyinin səlahiyyətli əməkdaşları mütəmadi ünsiyyətdə olublar. Son günlər Ramiz Məlik evə buraxılıb və müalicəsi davam edir".

Vurğulanıb ki, Mədəniyyət Nazirliyi incəsənət xadimləri, mədəniyyət sahəsində xidmətləri olan sənətçilərin rifahının yaxşılaşdırılması, problemlərinin həll olunması istiqamətində daim işlər aparır və müvafiq dəstək göstərir:

"Sadəcə humanizm və etik prinsiplərə əsaslanaraq görülən bu işlər ictimailəşdirilmir". /APA/