MTN-də çalışmış tanınmış yazar vəfat etdi - FOTO
    • 24-04-2023, 10:10
    • 708

MTN-də çalışmış tanınmış yazar vəfat etdi - FOTO

Tanınmış yazıçı-tərcüməçi, uzun illər xüsusi xidmət orqanlarında xidmət etmiş Cəmşid Cəmşidov vəfat edib.

News24.az xəbər verir ki, yazar 70 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, C.Cəmşidov latın və italyan dillərinin mahir bilicilərindən olub. O, bu dillərdən çoxsaylı kitab və əsərləri Azərbaycan dilinə tərcümə edib.

C.Cəmşidov 1981-ci ildən etibarən uzunmüddət xüsusi xidmət orqanlarında, eləcə də ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Taleh BAĞIROV